10 Sentyabr 2015 21:33
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının üzləri Beynəlxalq Muğam Mərkəzinin qarşısında aksiya keçirəcək.

Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. QAT rəhbəri iki saatdan sonra Şaxmat üzrə Dünya Kuboku yarışları keçirildiyi yerdə aksiyaya başlayacaqlarını bildirib:

“Aksiyanın məqsədi 45 ölkədən 128 şahmatçının iştirak edəcəyi Dünya Kuboku yarışlarında işğalçı Ermənistan nümayəndə heyətinin də iştirak etməsidir. Biz hesab edirik ki, Azərbaycan ərazisinin 20 faizindən artıq hissəsini işğal etmiş bir ölkənin nümayəndələri ölkəmizə ayaq basmamalıdırlar”.


Müəllif: