Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli ilə Amerikada yaşayan və uzun illər partiyanın sabiq başqanı İsa Qəmbərin müşaviri olan Ramiz Yunus arasında atışma olub. Hadisə sosial şəbəkələrdə baş verib. Mustafa Hacıbəyli “Azadlıq-2015" Seçki Blokunu tənqid edib, onların real müxalifət olmadığını bəyan edib.
Ramiz Yunus isə buna cavab olaraq deyib ki, bir müddət əvvəl elə Müsavat rəhbərliyi bu partiya sədrləri ilə bir masada əyləşib. Hacıbəyli isə ona məsləhət görüb ki, atmaca üslubunda danışmasın və mövzudan kənara çıxmasın. Əlavə edib ki, vaxtında Ramiz Yunus kimi ağıllı “məsləhətçiləri” olmadığı üçün gedib bu partiyalarla əməkdaşlıq ediblər.
Hacıbəyli Ramiz Yunusa təklif edib ki, məsləhətlərini yazılı formada onlara təqdim etsin. Müsavat başqanı Arif Hacılı da qarşıdurmaya qoşulub.
Cavidan