1 Oktyabr 2015 19:20
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresi qəbul edib.

Görüşdə Prezident İlham Əliyev ilə Şimon Peresin bundan əvvəl Bakıda və Davosda keçirilən görüşləri məmnunluqla xatırlandı.

İsrail Dövlətinin sabiq Prezidenti ölkəmizə budəfəki səfəri zamanı paytaxt Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.


Müəllif:

Oxşar xəbərlər