29 Oktyabr 2015 15:19
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müsavat Partiyası özünün radikal baxışları ilə cəmiyyətdə nüfuzunu çoxdan itirib. Heç bir potensialları olmadığı halda seçkiyə qatıldılar. Möcüzə gözləyirdilər. Anlamırlar ki, daha möcüzə olmur. Möcüzələr 90-cı illərdə qaldı".

Bunu Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etməklə zəifliliyini bir daha ortaya qoydu: "Onların qərarı mənim üçün təəccüblü olmadı. Qoyub qaçmaq Müsavatın köhnə peşəsidir. Bilirdilər ki, onsuz da, məğlub olacaqlar. 20 Yanvar hadisələri vaxtı da, belə etmişdilər. Sonrakı proseslərdə də bu təkrarlandı. İsa Qəmbər dəfələrlə xalqı meydanlarda, küçələrdə qoyub qaçıb gizlənib. İndi də bunu Arif Hacılı davam etdirir".

Qeyd edək ki, Müsavat Partiyası parlament seçkilərində iştirakdan imtina edib.

Ruslan


Müəllif:

Oxşar xəbərlər