Azərbaycan İslam Partiyası sabah keçiriləcək parlament seçkilərində iştirak etmir. Partiya öncədən bəyan edib ki, seçkilərdə namizəd irəli sürməyəcək.
Qeyd edək ki, İslam Partiyası indiyə qədər keçirilən bütün seçkilərdə iştirak edib, namizədlər irəli sürüb.
Prezident seçkiləri zamanı isə bu partiya Ədalət Partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılovu müdafiə etmişdi. İndi isə bəlli olur ki, bu partiya artıq özünün əvvəlki gücündə deyil.
Belə ki, vaxtilə partiya rəhbərliyində olan Rövşən Əhmədli, Hacıağa Nuri faktiki təşkilatla əlaqələrini kəsiblər. İndiyə qədər partiya sədrinin səlahiyyətlərini icra edən Elşən Manafov da artıq bu təşkilatla yollarını ayırıb. Görünən budur ki, hazırda islamçılar funksioner və rəhbər ola biləcək şəxslərlə bağlı çətinlik çəkirlər. Belə imkanda olan insanlar isə partiyaya yaxınlaşmaq istəmirlər.
Cavidan