6 Noyabr 2015 10:19
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyalarının maliyyə hesabatının dairə seçki komissiyalarına (DSK) təqdim edilməsi müddəti sabah - noyabrın 7-də başa çatacaq.

"V çağırış Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, hesabat səsvermə günündən sonra 5 gün müddətində təqdim olunmalıdır.

Dairə seçki komissiyalarının maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti isə noyabrın 12-də başa çatacaq.
/Report.az/


Müəllif: