27 Noyabr 2015 13:19
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşdən sonra brifinqdə ötən gün Nardaranda polislə ekstermislər arasında baş verən silahlı insidentə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, türkiyəli nazir M.Çavuşoğlu Nardaran hadisələrinə görə Azərbaycana başsağlığı verib: “Ötən gün Azərbaycanda meydana gələn terror aktı zamanı şəhid olan iki polisə görə Azərbaycana başsağlığı verirəm. Azərbaycan və Türkiyə terrorla mübarizədə ortaq siyasət yürüdür. Biz terror acısının nə olduğunu yaxşı bilirik. Qardaş Azərbaycanda şəhid olan 2 polis şəhidimizə də Allahdan rəhmət diləyirəm”.


Müəllif: