Nardaran hadisələri ilə bağlı siyasi partiya təmsilçiləri də kəskin etirazlarını bildirir. BAXCP sədrinin ictimai və siyasi məslələr üzrə müavini Niyaməddin Orduxanlı polisin Nardaranda keçirdiyi əməliyyat barədə danışıb.
”Taleh Bağırzadə “Müsəlman Birliyi” adı altında təşkilat yaradıb dövlətə qarşı fəaliyyət göstərirdi. Konstitusiyamıza görə dövlət dindən ayrıdır. Din xadimlərinin siyasi fəaliyyətlə məşğul olmasi qəti qadağandır. Biz dünyəvi dövlətik. Kimsə də Azərbaycan dövlətinin idarəetmə qurluşunu dəyişdirə bilməz. Din pərdəsi adı altında başqa dövlətə gedib orda dini dərslər deyil, təlimlər, təxribat işi qurmaq üçün ideoloqlar hazırlayıblar. Acıq aşkar görünürdü ki, bu adamları göndəriblər Azərbaycana təxribatla məşğul olsunlar. Nardaranda baş verən hadisə bütün xalqı üzdü. 7 nəfər vətandaşımız dünyasını dəyişib. Bu çox ağır cinayətdir. Bu cinayəti törədən şəxslər özlərini “dindar” kimi cəmiyyətə təqdim edirdilər", deyə N.Orduxanlı bildirib.
Onun sözlərinə görə, T. Bağırzadə başda olmaqla dəstənin heç bir üzvü əmək fəaliyyəti ilə məşğul olmurdu: "Belə olan halda hansı vəsaitlə yaşayırdılar? Hardan alırdılar bu pulları. Bu faktın özü onu göstərir ki, birbaşa bunlar xaricdən maliyyələşirdilər. Tökülən qan yerdə qala bilməzdi və qalmadı da. Bu adamlar ən ağır cəzaya layiq görülməlidir. Ancaq bunlarla yanaşı həmin bu dəstəyə siyasi və mətbuat dəstəyi verən Əli Kərimli və “Milli Şura”da mənəvi və siyasi məsuliyyət daşımalıdır. Əli Kərimli xarici dövlətin agentini az qalırdı qəhrəman kimi təblığ etsin. Bunun səbəbi ondan irəli gəlirdi ki, Kərimli xalqdan ciddi dəstək ala bilmir və fikirləşirdi ki, Taleh Bağırzadə kimi adamların əli ilə ölkədə siyasi sabitliyi pozub nəyəsə nail ola bilər. Kərimli hətta Talehə siyasi məsləhətlər də verirdi ki, “Azərbaycanı dünyəvi dövlət” kimi gördüyünü bəyan etsin. Ona qarşı yönələn ittihamlardan kənar saxlamaq istəyirdi. Xatırlayırsınızsa, Taleh Bağırzadə parlament seçkilərində vətandaşları boykot etməyə də çağırırdı. Bu adamların birgə əməkdaşlığı olub. Bu səbədən də Azərbaycan ictimaiyyəti, ziyalısı, siyasi partiyada fəaliyyət göstərən şəxsləri Əli Kərimlini də şiddətlə qınamalıdır".
BAXCP sədrinin müavini onu da bildirib ki, Bağırzadə ölkədə dini dövlət qurmaq niyyətində olub:
"Azərbaycanı Suriyanın, Liviyanın, Misirin və başqa müsəlman ölkələrinin gününə salmaq istəyirdilər. Görünür, vaxtı ilə Talehin Təhsil Nazirliyi qarşısında törətdiyi cinayətə görə aldığı cəza çox yüngül olub. Bu səfər isə, Bağırzadə polisə əl qaldırdığına görə ən ağır cəzaya layiq görülməlidir. Dünyanın hər yerində polisə əl qaldırmaq ən ağır cinayət hesab edilir. Polisi qətlə yetirən insanlar elə yerindəcə polis həmkarları tərəfindən məhv edilir. Azərbaycan dövləti çox güclüdür və bu, cinayətkar elementlər ölkənin siyasi sabitliyini poza bilməz. Təəssüf ki, bunlar regonlarda öz şəbəkəsini qurublar, tərəfdar toplaya biliblər. Və inanıram ki, baş vermiş hadisədən sonra heç kəs bu məsuliyyətdən kənar qala bilməyəcək.”