"Kosmosa peyk buraxacağıq, amma qulağımızın dibində orta əsrlərdə yaşayırlar”
“2007-ci ildə Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilib. Orada qeyd edilib dini esktrimiszm əsas təhlükə mənbəyidir”.
Teleqraf.com xəbər verir ki, bunu vitse-spiker Ziyafət Əsgərov Milli Məclisdə çıxışı zamanı deyib.
Z.Əsgərov qeyd edib ki, əgər bu gün kimsə əlinə silah alıb konstitusiyasının dəyişməsinə çalışırsa, bu ən ağır cinayətdir: "Konstitusiyada birbaşa yazılıb ki, din dövlətdən ayrıdır. Sənin siyasətlə nə işin var? Durub qara bayraq yelləndirirlər. "Quran"da belə bayraq məsələsi varmı? Bunu bağlayırlar imamların adına. Mirzə Cəlil, Axundov bir əsr əvvəl xurafata, cahilliyə qarşı mübarizə aparıblar. Onlar öz dövrünün böyük insanları olublar ki, belə hala qarşı durublar. 2017-ci ildə kosmosa peyk buraxacağıq, amma qulağımızın dibində orta əsrlərdə yaşayırlar. Bu uşaqlar elmlə, idmanla məşğul olmalıdır. Siyavuş müəllim düz deyir, bu cahələt, xurafat xaricdən ixrac edilir. Azərbaycan dövləti güclüdür. Artıq1990-cı ilin əvvəlləri deyil. Azərbaycanın bir bayrağı var. Məsciddə də, digər yerlərdə də bir bayraq var. Bu bayrağa xəyanət edən öz cavabını alacaq”.
Nemət