18 Dekabr 2015 13:11
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

BAXCP sədri, millət vəkili Qüdrət Həsənqliyev parlamentdə çıxışı zamanı spiker Oqtay Əsədovun Helsinki Komissiyasının məlum layihəsi ilə bağlı fikirlərini dəstkələyərək bildirib ki, əfv sərəncamının verilməsi olduqca vacibdir.

"Ermənistanda referendum saxtalaşdırılıb. ABŞ səfirliyi qeyd edib ki, səsverməni saxtalaşdıranlar tədbirlərə çağırılmayacaq. Bizdə Əfv Komissiyasının üzvləri qeyd edirlər ki, əfv fərmanı olacaq. Leyla və Arif Yunuslar azad edilib. Bu yaxınlarda Əhməd Davudoğlunun səfəri zamanı prezident İlham Əliyev bəyan etdi ki, Türkiyə bizim qardaşımızdır. Türkiyə NATO ölkəsidir. İndi qeyd etdiniz ki, əfv olacaq. Onlar düşünürlər ki, əfv olanda qeyd edəcəklər ki, bizim bu addımımızdan sonra əfv oldu. Məncə, buna diqqət etmək lazım deyil, əfv verilməlidir və hər kəs azadlığa buraxılmalıdır. Bundan sonra görək hansı bəhanə tapacaqlar”.

Nemət


Müəllif:

Oxşar xəbərlər