4 Fevral 2016 15:22
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan mətbuatının Gürcüstan-Azərbaycan və Gürcüstan-Türkiyə münasibətlərini pozmaq cəhdləri qətiyyən dayanmır”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə iyrənc üsullardan istifadə edilir: “Belə iyrənc üsullardan biri Gürcüstan vətəndaşı olan üç azərbaycanlının Türkiyədə qətlə yetirilməsi haqqında məlumatın Ermənistan KİV-ləri tərəfindən yanlış təqdim edilməsidir. Ermənistan mətbuatı öldürülənləri “Gürcüstan vətəndaşları” və ya “Gürcüstan vətəndaşı olan azərbaycanlılar” kimi deyil, “gürcülər” kimi təqdim etdi. Öldürülənlərin azərbaycanlı olmaları faktını “unutdu”. Məlumatın bu şəkildə təqdim edilməsində başlıca məqsəd az məlumatlı gürcüləri çaşdırmaq və antitürk əhval-ruhiyyəsini qızışdırmaq idi. Ermənistan mətbuatı bir daha öz üslübu ilə təsdiq etdi ki, erməni dairələri daim qan üstündə qurduqları idbar siyasəti bu gün də davam etdirirlər. Hesab edirəm ki, bizim KİV-lər kifayət qədər ehtiyatlı olmalı və onların belə üsullarını zamanında ifşa etməlidir”.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər