12 Fevral 2016 11:29
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu günə qədər müxalifət düşərgəsindən hakimiyyətə antiböhran tədbirlərilə bağlı heç bir təklif göndərilməyib".

Bunu Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə son günlər müxalifət nümayəndələrinin ölkədəki istisadi durumla bağlı keçirdiyi tədbir və müzakirələrə münasibət bildirərkən qeyd edib.

A.Mirzəzadənin sözlərinə görə, Dəyirma Masa keçirib hansısa fikir səsləndirmək, müzakirələr aparmaq hələ təklif vermək demək deyil: "Təklif verməyin qaydası var. Nə Prezident Administrasiyasına, nə hökumətə, nə Milli Məclisə, nə də hakim Yeni Azərbaycan Partiyasına müxalifətdən iqtisadi problemlərin həllilə bağlı bir dənə də təklif gəlməyib. Ortada olanlar sadəcə, siyasi bəyanatlardır. Müxalifət istənilən stiuasiyadan öz maraqları üçün istifadə etməyə çalışır. Antiböhran məsələsi bir kənarda qalır, öz proqramlarını diqqətə çatdırmağa çalışırlar. Ortada bir dənə antiböhran proqramı var ki, onu da cənab prezident irəli sürüb və hökumət tərəfindən icra olunur. Onun nəticəsidir ki, son vaxtlar bir sıra iqtisadi irəliləyişlər əldə olunub. Manatın kursu nisbətən möhkəmlənib, regionlarda yeni iş yerləri açılıb, pensiya və maaşlar arıtırıldı, bank sektorunda islahatlar aparıldı, qanunvericiliyə dəyişikliklər edildi. Ümumən götürdükdə hakimiyyət öz üzərinə düşən vəzifələri yerinə yetirdi. Müxalifət nümayəndələri isə qəzet və saytlara müsahibə verməkdən o tərəfə keçə bilmirlər. Bu günə qədər onların hakimiyyətə bir dənə də antiböhran təklifi olmayıb".

A.Mirzəzadə bildirib ki, müxalifətin vəzifəsi alternativ proqram ortaya qoymaqdır: "Sadə vətəndaş müxalifət və iqtidarın proqramlarını müqayisə edib kimə səs verəcəyini müəyyənləşdirməlidir. Bu gün iqtidar üzərinə düşən vəzifəni yerinə yetirir, vətəndaşların problemlərini həll edir. Təəssüf ki, biz müxalifət düşərgəsində bunu görmürük"

Ruslan


Müəllif:

Oxşar xəbərlər