Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini tarixi adlandırmaq olar.
Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Azərbaycan-İran biznes forumunda deyib.
Səfir bildirib: "Səfər çərçivəsində 11 sənəd imzalanıb. Xüsusilə gömrük sahəsində imzalanmış sənədi vurğulamq istərdim. Sənəd iki ölkənin özəl sektorları arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Bundan başqa, Astara-Astara və Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirlməsi barədə sənədi də qeyd etmək istərdim. Bu sənəd isə iki ölkə arasında ticarət əlaqələrini genişləndirəcək".