4 Mart 2016 13:42
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cinayət yolu ilə əldə edilmiş pullardan başqa, nəyin maliyyə amnistiyasına ehtiyac var?”

Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentdə çıxışı zamanı maraqlı təklif irəli sürüb.

Teleqraf.com-un xəbərinə görə, deputat deyib ki, Azərbaycanda maliyyə amnistisiyası elan olunmalıdır. Onun fikrincə, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, digər hallarla bağlı maliyyə amnistisiyasının tətbiqinə ehtiyac var: “Maliyyə amnistiyası Azərbaycana maliyyə axınını təmin edə bilər. Bu isə iqtisadi inkişafı daha da gücləndirə, yerli istehsalı genişləndirə bilər”.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov isə sözügedən təklifə münasibət bildirib: “Təklif edirsiniz ki, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla maliyyə amnistiyası olsun. Cinayət yolu ilə əldə edilmiş pullardan başqa, nəyin maliyyə amnistiyasına ehtiyac var ki?”

Nemət


Müəllif:

Oxşar xəbərlər