14 Mart 2016 12:55
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son 5 ay ərzinə paytaxt Ankarada 3 terror aksiyasının törədilməsi bu dəşhətli cinayətin siyasi mesaj xarakterli olduğu ehtimalını yaradır”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbərli deyib. Onun sözlərinə görə, yaxın tarixdə terror aksiyaları adətən İstanbulda, Diyarbəkirdə və digər bu kimi ərazilərdə gerçəkləşdirilirdi:

“Paytaxt Ankaranın, xüsusilə də dövlət qurumlarının yerləşdiyi ərazilərin hədəf seçilməsini təsadüfi saymıram. Bu aksiyalar bölgədə geosiyasi maraqları uğunda mücadilə aparan güclərdən birinin sifarişi ilə həyata keçirilə və Türliyənin siyasi hakimiyyətinə mesaj xarakteri daşıya bilər. Yaxud aksiyanı gerçəkləşdirən terror təşkilatı köhnə-yeni dəstəkçilərindən daha çox maliyyə və silah yardımı almaq üçün siyasi yükü çox olan aksiyalara əl ata bilər. Və ya terror təşkilatı hansısa qüvvənin sifarişi ilə başqa bir qüvvənin sifarişçi kimi görünməsi mənzərəsini yarada bilər. Hər halda bu və digər yanaşmaların araşdıralacağını düşünürəm”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər