13 İyun 2014 16:02
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Redaksiyamızın ünvanına QUDAL – QUality meDAL, Beynəxalq ICERTIAS – International Certification Association təşkilatından daxil olan məktubda göstərilir ki, İlham Əliyev dünyada ən yaxşı prezident seçilib.


Məktubun sərlövhəsi məhz bu cürdür:


İlham Əliyev dünyada ən yaxşı siyasətçi kimi seçilmişdir


Daha sonra göstərilir ki, İsveçrə təşkilatı olan ICERTIAS tərəfindən Azərbaycanda keçirilən ilk QUDAL – Keyfiyyət Medalı sorğusunda dünyada ən yaxşı siyasətçinin kim olması barədə verilən sualı Azərbaycanlı vətəndaşlar belə cavablandırmışlar: İlham Əliyev


Qeyd olunur ki, sorğu azərbaycanlı vətəndaşlar arasında və bu ilin may ayında 15 yaşdan yuxarı 1 200 Azərbaycan vətəndaşı arasında keçirilib.


Verilən informasiyaya görə, respondentlərə ünvanlanan sual belə olub:


“Sizcə, hal-hazırda dünyada ən yaxşı siyasətçi kimdir?”


Respondentlərin əksəriyyətinin bu suala cavabı belə olmuşdur – “İlham Əliyev”.


Təşkilat qeyd edir ki, İlham Əliyev həmçinin ən yaxşı yerli siyasətçi kateqoriyasında da ən yüksək səs sayı ilə irəlidədir.


Müəllif: