24 Mart 2016 18:49
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 22-24-də Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli və regional səviyyədə etika və şəffavlıq” mövzusuna həsr edilmiş növbəti 30-cu plenar sessiyası keçirilib.

Teleqraf.com "Azərtac"a istinadla xəbər verir ki, sessiyada Konqresin gündəliyində salınmış bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, Konqresdəki Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvləri ayrı-ayrı mövzularla bağlı müzakirələrə qatılıb, çıxışlar ediblər. Sessiyanın əsas şuarı olan yerli və regional səviyyədə şəffaflığın təmin edilməsi məsələsinin müzakirəsi zamanı Azərbaycan heyətinin üzvü Gülnaz Salamovanın ölkəmizdə vətəndaşların dövlət və ictimai xidmətlərə çıxışını asanlaşdıran “ASAN xidmət” barədə sessiya iştirakçılarına məlumat verib.

Sessiyada "Avropada məcburi köçkünlər: qaçın böhranının görünməyən tərəfi" adlı məslənin müzakirəsi zamanı da Azərbaycan nümayəndəsi Samirə Əliyevanın çıxışı yaddaqalan olub. Bu mənada olkəmizin də torpaqlarının Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyondan çox insanın məcburi köckün vəziyyətində yaşaması və bu halın təhlükəsizliyə ən böyük təhdid olduğunu bildirib.

Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimovun Avropada regionlaşmaya dair tematik debatlar zamanı çıxışında isə ölkəmizdə muxtariyətin müsbət təcrübəsi olan Naxçıan Muxtar Respublikası, onun xüsusiyyətləri və fərqlilikləri barədə çıxış edib.

Sessiya çərçivəsində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi Anderas Kiferin Azərbaycan nümayəndə heyəti ilə görüşü keçirilib.

Görüşdə ikitərəfli əməkdaşlığın inkişafından, o cümlədən Azərbaycan nümayəndə heyətinin katibi Qədir Xəlilovun konqres çərçivəsində fəal iştirakından məmnunluq ifadə olunub, son 10 il ərzində əməkdaşlığın daha da sürətlə inkişaf etdiyi vurğulanıb.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər