8 Aprel 2016 10:43
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkada yaşayan azərbaycanlılar son günlər Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması və cəbhədə törətdikləri hərbi təxribatlara etiraz etmək məqsədilə bu ölkənin Danimarkadakı səfirliyi qarşısında aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Danimarkada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı – “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak edib.

Mitinqdə çıxış edənlər aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını, dinc Azərbaycan əhalisinin atəşə tutulmasını qəti şəkildə pisləyib. Çıxışçılar həmçinin, Ermənistan dövlətini BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsini yerinə yetirməyə, Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə çağırıb.
Mitinqin sonunda Ermənistan səfirliyinə əməkdaşlarına mitinqin bəyannaməsi təqdim edilsə də, səfirlik əməkdaşları bəyannaməni qəbul etməkdən imtina ediblər. Səfirliyin qarşısındakı poçt qutusu bağlı olduğundan aksiya iştirakçıları bəyannaməni poçt vasitəsi ilə göndəriblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər