20 Aprel 2016 13:39
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı həbsdə olan Qarabağ müharibəsi veteranı, I qrup Qarabağ əlili Asif Yusifli ilə bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.

QAT-dan Teleqraf.com-a daxil olan məlumatda ötən il Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə A.Yusifli barəsində 7 il 5 ay həbs cəzası verildiyi bildirilib: “Onun barəsində çıxarılan hökmün ədalətli və ya ədalətsiz olması ilə bağlı fikir söyləmək istəmirik. Bir şeyi vurğulamaq istəyirik ki, Asif Yusifli cinayət işi ilə bağlı iddia edilən zərərin hamısını ödəyib.

Biz Sizdən humanistlik göstərməyinizi, Qarabağ döyüşlərində əlinin birini itirmiş Asif Yusifliyə qarşı mərhəmətlə davranmağınızı xahiş edirik. Onun sağlamlıq durumu da yaxşı deyil, bir çox xəstəliklərdən əziyyət çəkir, ailə vəziyyəti də ağırdır. Xahiş edirik Qarabağ əlili Asif Yusiflinin azadlığa çıxması, ailəsinə, xəstə uşaqlarına qovuşması üçün köməkliyinizi əsirgəməyəsiniz. Müraciətimizə diqqətlə yanaşacağınıza inanır və əvvəlcədən təşəkkür edirik”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər