20 Aprel 2016 16:58
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA sədri Pedro Aqramunt qurumun yaz sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu haqda Pedro Aqramunt özünün Tvitter hesabında yazıb və görüşdən fotolar paylaşıb: “Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdüm. Hesab edirəm ki, heç bir münaqişə dialoq olmadan həll edilə bilməz”.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Tvitterdə Pedro Aqramuntun ofisində keçirilən görüşdən fotoşəkil paylaşıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər