25 Aprel 2016 17:06
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Hatay vilayətinə, Dörd Yol bölgəsində konfrans keçirməyə gedən millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar, “Olaylar” İnformasiya Agentliyi və qəzetinin baş redaktoru Yunus Oğuz Dörd Yol bələdiyyə başçısı Yaşar Toksoyla görüşüblər.

Teleqraf.com-un məlumatına görə, Dörd Yol bələdiyyə başqanı son günlər ön cəbhədə yaşanan hadisələrə toxunaraq “Azərbaycanda Vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik” deyib.

“Azərbaycanın şəhidi bizim də şəhidimizdir” deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacaqlar.

Y.Toksoya təşəkkür edən millət vəkili Q.Paşayeva və Yunus Oğuz da son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyiblər.

Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Hatayın, Dörd Yolun da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Q.Paşayeva yaxın zamanlarda Hatay, Dörd Yolun mərkəzi parklardan birinə “Qarabağ” adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə “Şəhidlər” abidəsinin qoyulacağına inandığını deyib və bələdiyyə tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Q.Paşayeva və Y. Oğuz bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıblar. Azərbaycanı çox sevdiyini deyən Hatay, Dörd Yol bələdiyyə başçısı Yaşar Toksoy Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Dörd Yol bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.

O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Hatay, Dörd Yolda Qarabağ parkı və Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Hatay, Dörd Yolun da yer alacağını bildirib: “Azərbaycan insanına Hatayı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”.

Dörd Yol bələdiyyə başqanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva və Y.Oğuz onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Dörd Yol bələdiyyə başkanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. Millət vəkili Q.Paşayeva bələdiyyə başqanına həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni, Yunus Oğuz isə Türk dünyası ilə bağlı kitabları da bələdiyyə başqanı, bələdiyyə Məclis üzvlərinə imzalı hədiyyə ediblər.

Səxavət


Müəllif: