28 Aprel 2016 11:19
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Metsamor" atom elektrik stansiyasında (AES) baş verəcək mümkün qəza Yerevanın dağılması və Ermənistan kənd təsərrüfatının iflic olmasına qədər fəlakətlə nəticələnə bilər.

Bu barədə erməni hüquq müdafiəçisi Armine Saakyan "Huffington Post" nəşrində dərc edilən məqaləsində yazıb.

"Bu il Ermənistanda "National Geographic"in dünyanın ən təhlükəlisi hesab etdiyi mövcud AES-i əvəz edən yeni atom stansiyası yaradılmalı idi. Artıq 2016-cı ilin ortalarına yaxınlaşırıq. Amma yeni AES nəinki işlək vəziyyətdə deyil, heç onun tikintisi üzrə işlərə belə başlanmayıb", - deyə müəllif vurğulayıb.

Məqalədə qeyd edilib ki, yeni AES keçmiş SSRİ-nin ən kasıb ölkələrindən biri olan Ermənistana 5 milyard ABŞ dollarına başa gələcək. Eyni zamanda, yazıda Cənubi Qafqaz və onun hüdudlarından kənarda yerləşən ölkələrin 1976-cı ildən fəaliyyət göstərən "Metsamor" atom elektrik stansiyasında baş verə biləcək mümkün qəzadan narahat olduğu vurğulanıb.

"Yeni AES tikməyə pulu olmayan Ermənistanın köhnəsindən istifadəyə davam etməkdən başqa seçimi qalmır", - erməni hüquq müdafiəçisi bildirib.

Məqalədə qeyd edilib ki, Rusiya layihənin bir hissəsini maliyyələşdirməyə razılıq veribmiş və hətta bu məqsədlə dünyanın ən böyük AES sənayelərindən birinə malik Fransa ilə danışıqlara da başlanılıb, amma 2008-ci ildə baş vermiş qlobal böhran layihənin maliyyələşdirilməsini qeyri-müəyyən müddətə arxa plana atıb
"2014-cü ildən Rusiya iqtisadiyyatını və rublunu dəstəkləyən neftin qiymətinin aşağı düşdüyünü nəzərə aldıqda, hazırda hətta Rusiyanın köməyi də problemli olacaq", - Armine Sahakyan yazıb.

Onun sözlərinə görə, ekspertlərin əksəriyyətinin "Metsamor" AES-in təhlükəsizliyi barədə şübhəsi var.

(“Report”)


Müəllif:

Oxşar xəbərlər