3 May 2016 13:38
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 2-də Finlandiyanın Helsinki Universitetində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə keçirilən “Dağlıq Qarabağ münaqişəsində son vəziyyət” adlı konfransa Finlandiya-Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Vaasa Universitetinin tələbəsi Fərid Zülfüqarov, Aalto Universitetində kimya mühəndisliyi üzrə tədqiqatçı Karhan Özdenkçi də qatılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan diaspor nümayəndələrinin konfransda iştirakının məqsədi Ermənistan xarici işlər nazirinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsassız iddia və fikirlərinə qarşı çıxmaq, bölgədəki son hərbi vəziyyətlə bağlı həqiqətləri konfransa qatılanların diqqətinə çatdırmaq olub.

Finlandiya-Azərbaycan Assosiasiyasının nümayəndə heyətindən Fərid Zülfiqarov çıxış edərək Nalbandyanın işlətdiyi Dağlıq Qarabağın sovetlər dönəmində Azərbaycana verilməsi ilə bağlı ifadəsinin tamamilə yanlış fikir olduğunu vurğulayıb. Bildirib ki, hələ 1918-ci ildə Qafqaz ölkələri öz müstəqilliklərini əldə edərkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsində olub.

O çıxışında qeyd edib ki, Nalbandyanın səsləndirdiyi “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququ” əslində Dağlıq Qarabağın işğalından başqa bir şey deyil və bu işğal faktı BMT və Avropa Parlamentinin müvafiq qətnamələri ilə tanınır.

F.Zülfüqarovun Ermənistan rəhbərliyinin danışıqlar prosesindən çəkilməyi ilə bağlı sualını isə erməni nazir cavablandıra bilməyib. Həmçinin, o Ermənistan rəhbərliyinin həmişə Minsk Qrupunun, digər dövlətlərin və beynəlxalq qurumlarım təklif etdiyi həll yollarından imtina etməsi ilə bağlı da nazirə sual ünvanlayıb.
Aalto Universitetinin tədqiqatçısı Karhan Özdenkçi Xocalı qırğınını xatırladaraq 1992-ci il fevralın 25-dən 26-a keçən gecə 600-dən çox insanın, uşaqların, qadınların, qocaların qətlə yetirilməsinə açıqlama verilməsini, Ermine Naqdalyanın Ermənistan Parlamentində söylədiyi “Dağlıq Qarabağ Ermənistana aid deyil və Ermənistan silahlı qüvvələri oranı tərk etməlidir” fikrinə münasibət bildirilməsini istəyib.

Nalbandyan verilən suallara hər zamankı kimi aiddiyyatı üzrə olmayan cavablar verərək əsas mövzudan yayınmağa çalışıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər