3 İyun 2016 19:20
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyası Almaniya Bundestaqının saxta erməni soyqırımı qərarı ilə bağlı bəyanatla çıxış edib.

KXCP mətbuat xidmətindən Teleqraf.com-a daxil olan bəyanatda Almaniya Bundestaqının sözdə erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərar pislənilir, bu qərarın heç bir fakta, hüquqa əsaslanmadığı, siyasi riyakarlıq nümunəsi olduğu qeyd edilir: “Bu qərar beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərarası münasibətlərə və bütövlükdə haqq-ədalət anlayışına ziddir.

KXCP təəssüflə qeyd edir ki, Almaniya bu qərarla Nürunberq məhkəməsinin hüquqi sonuclarını yaşayan bir dövlət olaraq hələ də Avropa İnsan Haqları Məhkəməsinin sözdə erməni soyqırımı ilə bağlı İsveçrə hökümətini diz çökdürən qərarından nəticə çıxarmaq imkanına malik olmadığını göstərdi”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər