Azərbaycan Demokrat Partiyası Almaniya Bundestaqının saxta soyqrım qətnaməsini tənqid edib.
ADP mətbuat xidmətindən Teleqraf.com-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycan Demokrat Partiyası Almaniya Bundestaqının sözdə erməni soyqrımını rəsmən tanımasını əsası olmayan, qərəzli, qeyri-hüquqi bir akt kimi qətiyyətlə pisləyir.
ADP qeyd edir ki, Bundestaqın bu qərarı Cənubi Qafqazda xalqlar arasında ədavətin qızışmasına, bölgədə uzun müddətli süh və əməkdaşlığa ciddi təhlükə yaradır: “Bundestaqın bu qərarı birtərəfli və qərəzli olub müasir dövrdə ermənilərin Azərbaycana qarşı apardığı işğal və ilhaq siyasətinə və Xocalı soyqırımına haqq qazandırmaqdır”.
ADP belə hesab edir ki, xristian təssübkeşliyinin ifrata varılmasından irəli gələn bu qərar bütövlükdə islam və türk dünyasına qarşı yönəlmiş tarixi qərəzlilik nümunəsidir.
ADP Almaniyanın demokratik içtimaiyyətini heç bir hüquqi əsası olmayan və alman xalqı ilə türk xalqı arasında etimadın sarsıdılmasına istiqamətlənən bu qərarı rədd etməyə çağırır.
Cavid