8 İyun 2016 10:57
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iyunun 7-də Elm və təhsil komitəsi ilə birgə keçirdikləri iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda dəyişikliklər edilməsi barədə” məsələyə baxıldı. İndiyədək hərbi xidmətə çağırışdan möhlət hüququ ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi. Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə qeyd edib ki, həmçinin xarici ölkələrdə əyani təhsil alma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək:

“Bu dəyişiklik magistr və doktorantlara çağırışdan möhlət hüququnun verilməsi ilə təhsilin fasiləsizliyini təmin edəcək, gənclərin elmə gəlişinə təkan verəcək. Hər iki komitədən deputatlar rəylərini bildirdikdən sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Səxavət


Müəllif:

Oxşar xəbərlər