“Buna söz tapa bilmirəm. Azarkeşlərimizin hərəkətləri əsl biabırçılıqdı. Bəlkə də buna görə UEFA bizi çempionatdan uzaqlaşdıracaq".
Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu İvan Rakitiç Çexiya ilə oyunda (2:2) yaşanan qalmaqal haqda danışarkən deyib.
“Barselona”nın yarımmüdafiəçisi “AÇ-2016”nın D qrupunda Çexiya ilə qarşılaşmada azarkeşlərinin meydana pirotexniki vasitələr atmasını kəskin şəkildə pisləyib.
Rakitiç qarşılaşma haqda isə bunları deyib: “Biz Çexiyadan daha yaxşı oynadıq. Təəsüf ki, hesabı qoruya bilmədik. Qələbəyə layiq idik”.
Qeyd edək ki, Xorvatiya millisi azarkeşlərinə görə artıq bir dəfə UEFA tərəfindən cəzalandırılıb.