26 İyun 2016 15:18
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Super ağır çəkidə boks üzrə IBO, WBO və WBA versiyalarında dünya çempionu Tayson Fyuri dopinqdən istifadədə şübhəli sayılır.

Publika.az xəbər verir ki, T. Fyuri 28 noyabr 2015-ci ildə Düsseldorfda ukraynalı Vladimir Kliçko ilə son döyüşündə qalib gəlib və IBF, IBO, WBO və WBA versiyaları üzrə dünya çempionu adını qazanıb.

Sonradan britaniyalı boksçu IBF versiyası üzrə dünya çempionu titulundan məhrum edilib. V. Kliçko ilə T. Fyuri arasında revanş görüşün bu il iyulun 9-da Mançester şəhərində keçirilməsi nəzərdə tutulsa da, T. Fyurinin topuğundan zədə alması səbəbindən oktyabra təxirə salınıb.

T. Fyurinin qanında qadağan edilmiş nandrolon maddəsi 2015-ci ilin martında, V. Kliçko ilə görüşdən əvvəl götürülmüş qan nümunəsində aşkarlanıb. Əgər dopinqdən istifadə faktı təsdiqlənərsə, 27 yaşlı boksçu bütün titullarından məhrum ediləcək və boks yarışlarından kənarlaşdırılacaq.


Müəllif:

Oxşar xəbərlər