"Qalatasaray" yeni mövsüm öncəsi üç futbolçusu ilə yollarını ayırıb.
Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Bilal Kısa, Furkan Özçal və Sercan Yıldırımdır.
Hər üç futbolçu ilə qarşılıqlı razılıq əsasında müqavilə ləğv edilib. Onların üçünün də "Bursaspor"a transfer olunacağı gözlənilir.