27 İyul 2016 21:52
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Lill" heyətini gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa təmsilçisi "Qenqam"ın yarımmüdafiəçisi Yunus Sankareni transfer edib.

Seneqal yığmasının üzvü ilə 4 illik müqavilə imzalanıb. Onun "Qəbələ" ilə oyunlar üçün sifariş olunacağı istisna edilmir.

Qeyd edək ki, "Lill" və "Qəbələ" arasında ilk oyun sabah Fransada, cavab qarşılaşması isə avqustun 4-də Bakıda keçiriləcək.


Müəllif: