2 Avqust 2016 22:22
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Günün ilk oyunu Bakıda olub.

Son illər Azərbaycanın dəyişməz çempionu “Qarabağ” “Viktoriya”nı sınağa çəkir.

Çexiyada baş tutan ilk matçda qapılara qol vurulmayıb. Bu nəticə Ağdam klubunun mərhələni uğurla adlamasına kömək edə bilər.

Qurban Qurbanovun komandası “Viktoriya”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, Azərbaycan futbolunda ilkə imza atacaq. Buna qədər heç bir klubumuz ÇL-də III təsnifat mərhələsini uğurla adlamayıb.

2 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunu

20:30. "Qarabağ" (Azərbaycan) - “Viktoriya” (Çexiya) - 0:0 (Birinci hissə)

Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Tofiq Bəhramov adına Respublika stadionu

21:10

28-ci dəqiqədə "Qarabağ" hesabı açdı. Muarremin qoluyla hesab 1:0 "Qarabağ"ın xeyrinədir.


Müəllif:

Oxşar xəbərlər