11 Sentyabr 2016 09:09
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulacaq.

"Report"un məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk oyunu Gəncədə olacaq. "Kəpəz" "Zirə"ni qəbul edəcək. Komandalar bugünədək 4 dəfə üz-üzə gəlib. Bu görüşlərin biri gəncəlilərin xeyrinə başa çatıb. 3 oyunda isə heç-heçə qayıdıb. Zirə təmsilçisinin aktivində isə qələbə yoxdur. "Kəpəz" Adil Şükürovun rəhbərlik etdiyi komanda ilə hər oyunda qol vurub. Meydan sahibi komanda qolsuz və xalsız qalmayıb. Hər oyunda ən azı 2 qol vurulub. "Kəpəz" 3 turdan sonra 2 xalla 7-ci, "Zirə" isə 6 xalla 3-cü pillədədir.

Turun son oyununda isə "Sumqayıt" və "İnter" komandaları üz-üzə gələcək. Komandalar ölkə çempionatlarında 16 oyun keçirib. Üstünlük "bankirlər"in tərəfindədir. "İnter" 9, "Sumqayıt" isə 2 dəfə meydanı qələbə ilə tərk edib. 5 oyunda bərabərlik qeydə alınıb. Son 4 oyunda meydan sahibi komanda qalib gəlməyib. “İnter” 5 oyundur meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi isə son 3 səfərin hərəsində 1 qol vurub. "Sumqayıt" 3 xalla 5-ci, "İnter" isə 5 xalla 4-cü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, IV tur

11 sentyabr

16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Coşqun Həsənov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
Gəncə şəhər stadionu

20:30. “Sumqayıt” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Xaqani Məmmədov
“Kapital Bank Arena”

Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" AZAL-ı 6:0, "Qəbələ" isə "Neftçi"ni 8:0 hesabı ilə məğlub edib.


Müəllif: