14 Sentyabr 2016 15:59
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gedənlərə uğurlar arzu edirəm. Mən indi yox, 2 ildir deyirdim ki, "Neftçi"ni çökdürəcəklər. Hər bir insana dərs olmalıdır".

Bu sözləri Qol.az-a açıqlamasında "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.

O, "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov və baş məşqçi Vəli Qasımovun istefaya göndərilməsinə münasibət bildirib: "Hərə öz bacardığı işlə məşğul olmalıdır. İtirən isə tarixi klub "Neftçi" oldu. Ən azı 3-5 il köklü klubu geri saldılar. Azarkeşlərə, ümumi futbola vurulan mənəvi zərbəni, yaranı sağaltmaq lazımdır. Baş məşqçi Vəli Qasımova gəldikdə isə, öz şansını dəyərləndirə bilmədi.

İcraçı direktorla baş məşqçinin göndərilməsi onu göstərir ki, bütün transferlərə nəzarəti, danışıqları bu insanlar aparıb. Dünyada ən bacarıqsız əcnəbi menecer belə futbolu bilməyən, başı çıxmayan klub rəsmisini susuz aparıb, susuz gətirər. "Neftçi"yə gətirilən səviyyəsiz transferlər bunun əyani sübutudur”.

T.Süleymanov əlavə edib ki, "Neftçi"ni qısa müddətdə dirçəltmək mümkün olmayacaq: "Bundan sonra nə baş verəcək? Müşahidə Şurası nəzarəti gücləndirməli, səhvlərdən nəticə çıxarmalı və düzgün kadr siyasəti aparmalıdır. İki ildə "Neftçi" uçuruma yuvarlanıb. Bundan sonra da düzgün addımlar atılmasa, "Neftçi"ni qısa müddətdə dirçəltmək mümkün olmayacaq. İctimaiyyəti, jurnalistləri, azarkeşləri günahlandırmaq yox, səhvlərdən nəticə çıxarmaq lazımdır".


Müəllif:

Oxşar xəbərlər