On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Litvanın Marijampole şəhərindəki eyniadlı stadionda Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Murad Xaçayev fərqlənib.
Futbolçularımız qrupda son oyununu oktyabrın 9-da saat 15.00-da Litva yığmasına qarşı keçirəcək.