İspaniya millisinin və "Real"ın futbolçusu Serxio Ramos zədələnib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, DÇ-2018-in seçmə mərhələsində Albaniya görüşdə əzələsini dartıb. 30 yaşlı müdafiəçinin 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Albaniya - İspaniya qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.