“Ronaldinyonu Bakıda görməyimizə şadıq. “Qəbələ” klubu artıq dünəndən bütün futbol ictimaiyyətinin diqqətini cəlb edib”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədovun deyib.
O, məşhur braziliyalı futbolçu Ronaldinyonun iştirakı ilə Bakıda keçirilən mətbuat konfransında bunları bildirib: "Ronaldinyo kimi ulduzun Bakıya gəlməsi müsbət haldır. Digər tərəfdən müsbət hal odur ki, “Qəbələ” Ronaldinyo ilə birlikdə akademiya açacaq. Bu da futbolumuzun inkişafına təkan verəcək”.