Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, təmsilçimiz “Qəbələ” növbəti oyunda “Sent-Etyen”lə mübarizə aparacaq. Roman Qriqorçukun yetirmələri qrupdakı 4-cü oyununu öz meydanında - 8-ci km qəsəbə stadionunda keçirəcək. “Qəbələ” səfər matçı ilə müqayisədə daha güclü heyətlə meydana çıxmaq imkanına malikdir. Zədəli olan Rəşad Sadiqov heyətə dönüb, bundan başqa məşqlərə qatılan digər aparıcı oyunçu Nika Kvekveskiri və Elvin Camalovun da iştirakı istisna olunmur.
Digər təmsilçimiz “Qarabağ” isə səfərdə PAOK-la qarşılaşacaq. İki həftə əvvəl doğma meydanda rəqibinə 2:0 hesabı ilə qalib gələn Ağdam klubu növbəti sınaqdan da qələbə qazansa, 1/16 final üçün şanslarını özündə saxlayacaq.
Avropa Liqası
IV tur
3 noyabr
C qrupu
22:00. “Qəbələ” – “Sent-Etyen” (Fransa)
Baş hakim: Karlos Del Serro Qrande
Bakı. 8-ci km qəsəbə stadionu