9 Noyabr 2016 11:10
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə matçının məkanı dəyişdiriləcək. Gələn il martın 26-da Almaniya yığması ilə oyun Bakı Olimpiya Stadionunda keçirilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Nazir bildirib ki, həmin vaxt stadionda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə hazırlıq işləri gedəcək. “Almaniya ilə qarşılaşma üçün Bakı Olimpiya Stadionu qeydiyyatdan keçib. Biz istərdik ki, Almaniya ilə matç 68 minlik arenada keçirilsin. Bununla bağlı UEFA-ya müraciət etmişik. Lakin çox güman ki, qeydiyyat yerini dəyişib Tofiq Bəhramov adına Respublika Stadionunun adını verəcəyik. Oranın da ot örtüyü əla vəziyyətdədir”, - deyə nazir əlavə edib.


Müəllif:

Oxşar xəbərlər