İspaniyanın "Barselona" futbol klubu Braziliyada keçirilən dünya çempionatına damğasını vuran futbolçu - Luis Suaresi transfer edib.
ANS PRESS-in məlumatına görə, Suaresin İngiltərənin "Liverpul" klubundan transferi katalon klubuna 75 milyon avroya başa gəlib.
Qeyd edək ki, Luis Suares Uruqvay - İtaliya oyunun 80-cı dəqiqəsində Corcio Keylilini dişlədiyinə görə, 4 ay futboldan uzaqlaşdırılıb.
FİFA həmşinin uruqvaylı futbolçunu 9 oyun və 100 min İsveçrə frankı cəzalandırıb.
"Barselona" ən yaxşı halda Suaresdən noyabr ayında faydalana bilər.