Almaniya Bundesliqasında 12-ci tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, turun ilk oyununda “Leyptsiq” səfərdə “Frayburq”la qarşılaşıb. “Bavariya”, “Borussiya” kimi nəhəngləri geridə qoyaraq zirvədə qərarlaşmış debütantın uğurlu oyunlar seriyasının nə qədər davam edəcəyi maraqla gözlənilir. Belə ki, "öküzlər" Frayburq səfərindən də 3 xalla qayıdıb. Səfərdə böyük hesabla qalib gələn (4:1) debütant zirvədəki yerini qoruyub saxlayıb.
“Öküzlər”in ən yaxın izləyicisi “Bavariya” bu turda “Bayer”i 2:1 hesabıyla məğlub edib.
“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Maynts” isə bu gün “Herta”nın qonağı olub. Qarşılaşma 2:1 hesabıyla Berlin klubunun xeyrinə nəticələnib.