“Qarabağ” Antalya toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.
Teleqraf.com-un məlumatına görə, Qurban Qurbanovun komandası Rumıniyanın “Styaua” klubu ilə qarşılaşıb. Matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Qarabağ” Türkiyə toplanışında keçirdiyi ilk yoxlama matçında Albaniyanın “Skenderbeu” klubuna 1:0 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
18 yanvar
18:30. “Qarabağ” – “Styaua” - 2:0
Qollar: Dino Ndlovu, 26, Muarem Muarem, 59