Aprelin 8 və 9-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, ilk oyun günündə “Çelsi” PSJ-ni, “Borussiya” isə “Real”ı qəbul edəcək. İlk qarşılaşmlarada fransızlar və ispanlar müvafiq olaraq 3:1, 3:0 hesabı ilə qalib gəliblər.
Aprelin 9-da bütün diqqətlər Madriddə olacaq. İlk görüşdə 1:1 hesablı bərabərliyə razılaşan “Atletiko” və “Barselona” cütün taleyini “Visente Kalderon”da müəyyənləşdirəcək.
Münhendə işə ÇL-in son qalibi “Bavariya” “Mançester Yunaytedi” qəbul edəcək. Bu komandalar arasında keçirilən ilk qarşılaşma da heç-heçə bitib – 1:1
“Gamebookers” kontorunun açıqladığı əmsalları təqdim edirik:
8 aprel
23.45 Çelsi – PSJ 1.83 3.50 4.25
23.45 Borussiya – Real 3.10 3.60 2.15
9 Aprel
23.45 Atletiko – Barselona 3.20 3.30 2.20
23.45 Bavariya – MY 1.25 6.25 9.00