Türkiyə millisinin və "Bayer"in futbolçu Hakan Çalhanoğlu ağır cəzaya məruz qalıb.
Teleqraf.com klubun saytına istinadən yaydığı xəbərə görə, İdman Arbitraj Məhkəməsi (CAS) FİFA-nın “Bayer”in yarımmüdafiəçisinə verdiyi 4 aylıq futboldan uzaqlaşdırma cəzasını təsdiq edib.
Qeyd edək ki, “Trabzonspor” oyunçunun cəzalandırılması üçün 2013-cü ildə FİFA-ya müraciət etmişdi. Belə ki, Hakan Çalhanoğlu 2011-ci ildə Qara dəniz klubu ilə müqavilə imzalamaqla bağlı razılıq verib və 100 min avroluq ilkin ödəniş alıb. Amma o, daha sonra "Hamburq"a keçib. Bu səbəbdən klub 2013-cü ildə FIFA-ya şikayət edib. Futbolçu həmçinin “Trabzonspor”a 100 min avro təzminat ödəyəcək.