Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Teleqraf.com xəbər verir ki, yığmamızın baş məşqçisi Robert Prosineçki Qətər yığması ilə yoldaşlıq oyunu üçün heyəti müəyyənləşdirib.
Asiyaya yollanan heyətdə “Qarabağ”lılar çoxluq təşkil edir. Ağdam klubunun 10 üzvü səfərə yollanacaq. “Qəbələ”nin 6, “İnter”in 4, “Zirə”nin 2, “Neftçi”nin isə 1 üzvü yığmada yer alıb.
Matç FİFA pəncərəsində olmadığı üçün Prosineçki xarici klublarda çıxış edən oyunçularımıza dəvət göndərməyib.
Qeyd edək ki, martın 9-da Doha şəhərində keçiriləcək Qətərlə oyunun hazırlığına martın 6-da start veriləcək.
Millinin heyəti
Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Tərlan Quliyev, Abbas Hüseynov (hər ikisi “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tellur Mütəllimov, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov (hamısı “Qəbələ”),
Yarımmüdafiəçilər: Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov (hamısı “Qarabağ”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”)
Hücumçular: Ağabala Ramazanov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Rauf Əliyev (“İnter”)