Yaponiya ikinci liqasında yarışan “Yokohama”nın yarımmüdafiəçisi Kadzuyosi Miura “Tespa Kusatsu" ilə oyunda fərqlənib.
Qol.az-ın xəbərinə görə, o, 50 yaş 14 günlüyündə fərqlənməklə sözügedən liqa tarixində qol vuran ən yaşlı oyunçu olub.
Qeyd edək ki, 1 həftə əvvəl o, 50 yaş 7 günlüyündə meydana çıxmaqla Stenli Menyuzaya (48 yaş) məxsus rekordu qırıb və 2-ci liqada oynayan ən yaşlı oyunçular siyahısında birinci yerə çıxıb.
Əlavə edək ki, Miura peşəkar karyerasında 32-ci mövsümü keçirir.