"DÇ-2014"ün finalında matçın yeganə qolunu vuraraq komandasına dünya kubokunu qazandıran Almaniya millisinin futbolçusu Mario Qötze Argentina üzərindəki qələbəni şərh edib.
Gənc futbolçu vurduğu qolla xəyallarını gerçəkləşdirdiyini bildirib:
"Komandamın qələbə qolunu vurduğum üçün çox sevinirəm. Həmin epizodda sadəcə topa vurdum və qol oldu. Xəyallarım gerçəkləşdi. Braziliyada qazandığımız bu uğura görə komandamla qürur duyuram".
Qeyd edək ki, finalda Qötzenin qolu sayəsində Argentinanı 1:0 hesabı ilə məğlub edən Almaniya millisi tarixində dördüncü dəfə dünya çempionu olub./qol.az/