Üzgüçülük üzrə beşqat olimpiya çempionu Yan Torp “mavi” olduğunu etiraf edib.
Məşhur avstraliyalı üzgüçü bunu ictimaiyyətə açıqlamaqda tərəddüd etdiyini bildirib:
“Uzun müddət bu haqda düşündüm. Ətrafımdakıları aldadırdım. Yalnız bir neçə həftə bundan əvvəl “mavi” olduğumu yaxınlarıma dedim. Bir neçə dəfə bunu etiraf etmək istəmişəm, ancaq bacarmamışam. Bu hisslərlə neçə illərdi yaşayıram.
İnsanların səmimiliyimə şübhə etməsini istəmirdim. Belədə “mavi” olduğumu etiraf etmək ən yaxşı çıxış yolu idi. İndi özümü rahat hiss edirəm. Bu etirafdan sonra valideynlərimin də mənə münasibəti dəyişməyib. Onlar yenə də məni sevdiklərini bildirdilər.
Ancaq bilmirəm ki, avstarliyalılar “mavi” dahini qəbul edəcəklər, ya yox. Mən bunu bütün dünyaya elan etdim. Yaxınlarımı və ailəmi tərk etmək istəmirdim. Özümə qəsd etmək fikrindən daşındım”.
/publika.az/