11 May 2017 13:57
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV Bakı İslam Həmrəyliyi Oyunlarına sayılı saatlar qalır. Paytaxtımızda möhtəşəm bir tədbir keçiriləcək. Bakımız oyunlara tam hazırdır. Bu tədbirin təşkilatçısı olduğumuza görə qürur hissi duyuruq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakı 2017 xalqların birliyi, sülh, bərabərlik və ədalət deməkdir: “Bizim üçün bu mesajların dünyaya çatdırılması imkanı yaranıb. 11 gün ərzində idmançılar müxtəlif idman növlərində mübarizə aparacaq. Sülhün bərqərar olduğu, ölkələrin bir araya gəldiyi, hər kəsin bir dildə danışdığı idman yarışı olacaq. Doğma Bakımıza təşrif buyuran idmançıları, rəsmiləri, tamaşaçıları və media nümayəndələrini salamlayırıq. Əfsuslar olsun ki, bəzi ölkələr oyunlardan imtina etməli oldu. Sudan, Küveyt və Liviya Bakıda bizə qoşulmayacaq. Bu hal bizi məyus etsə də, İslam dünyasından 3000-dən artıq idmançının oyunlarda iştirakı bizi sevindirir. Atletlər Kəndi idmançıları salamlamağa və onların ehtiyaclarını təmin etməyə hazırdır. Yarışlar 1, 3 milyarddan artıq tamaşaçı auditoriyasını əhatə edəcək. Hər kəsə uğurlar arzu edirəm”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər