Bu gün Erediviziyanın sonuncu turunda öz meydanında “Herakles”ə 3:1 hesabı ilə qalib gələn “Feyenoord” 82 xalla 2016/17 mövsümündə Hollandiya çempionatının qalibi olub.
Teleqraf.com-un xəbərinə görə, Rotterdam təmsilçisi 18 illik fasilədən sonra ümumilikdə 15-ci dəfə çempionluq sevinci yaşayıb.
İkinci yeri cəmi 1 xal az fərqlə “Ayaks” (81) tutub. “Eyndhoven” 76 xalla üçüncü olub.