.
Teleqraf.com-un məlumatına görə, mübarizə aparan təmsilçimiz Qaşım Maqomedov yarımfinal görüşündə zədələnən türkiyəli rəqibi Deniz Dağdeleni ayağa qalxmasına və yarış yerini tərk etməsinə kömək edib.
Qeyd edək ki, bundan əvvəl kişi cüdoçuların komanda yarışının finalında Azərbaycan idmançısı Uşanqi Kokauri zədələnən əlcəzairli rəqibi Nəcib Temmarın ayağa qalxmasına kömək edib.
Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
.